Ötən ay iqtisadiyyata 2 milyard manata yaxın kredit qoyulub

post-img

Bu ilin mart ayı ərzində Azərbay­canda kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi 1 milyard 915 milyon manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankının mə­lumatına əsasən, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz və ya 440.4 milyon manat çoxdur.

Qeyd edək ki, ötən ay verilən kredit­lərin 1 milyard 705,2 milyon manatı milli valyutada, 210 milyon manatı isə xarici valyutada olub.

“Xalq qəzeti”

İqtisadiyyat