“Taman” kran gəmisi dənizə qayıtdı

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Taman” kran gəmisinin əsaslı təmiri başa çatdırılıb.

ASCO-nun bu barədə yaydığı məlumatda bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 25 ton yükqaldır­ma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, CO2 və hava balonları, boru sistemləri, lyuk qa­paqları, havalandırıcı başlıqlar, su keçirməyən qapılar və illüminatorlar təmir edilib. Bundan əlavə, kran gə­misinin avtomatika, naviqasiya ava­danlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib, xilasedici avadan­lıqlar və salların oturacaqları təmir olunub. Dənizçilərin yaşayış otaqla­rı, sanitar qovşaqlar və yeməkxana­larda da zəruri işlər yerinə yetirilib.

Təmir işləri çərçivəsində, həm­çinin gəmi tərsanəyə qaldırılaraq sualtı və suüstü hissələri rənglənib. Gövdənin sualtı və suüstü hissəsin­də zədələnmiş sahələr dəyişdirilib, hər iki bortda qoruyucu təkərlər ye­nilənib. Kran gəmisinin hərəkət-sü­kan kompleksi, dib-yan armaturları, protektor qurğuları da təmir olunub.

Sonda gəmi dəniz sınağından keçirilərək yenidən istismara qayta­rılıb.

“Xalq qəzeti”

İqtisadiyyat