Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 milyon kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qaz nəqlinin 47,8 faizi Bakı–Tbilisi–Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 5 511,4 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 faiz çoxdur.
“Xalq qəzeti”

