Xarici investisiya qoyuluşu 24 faiz çoxalıb

post-img

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, cari ilin yanvar-mart aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 945,8 milyon manat vəsait yönəldib.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Rüb ərzində xarici investisiyaların 914,4 milyon manatı (96,7 faizi) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yapo­niya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

“Xalq qəzeti”

İqtisadiyyat