2023-cü il aprel ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 724,4 minə çatıb.
İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin məlumatına görə, hesabat dövründə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 41,5 min təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 3,9 faiz çoxdur.
Bununla yanaşı, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 191,5 min təşkil edib.
“Xalq qəzeti”

