DB Azərbaycanda qeyri-neft sektoru üzrə proqnozunu yeniləyib

post-img

Dünya Bankı (DB) 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft sektorunun artım proqnozunu açıqlayıb. Bankın hesabatında bildirilir ki, qeyri neft-qaz sektoru iki illik sürətli artımdan sonra “COVID-19” pandemiyasından əvvəlki səviyyəsinə yaxınlaşıb. 

Hesabatda qeyd olunur ki, qey­ri-neft sektorunda artım, əsasən, ye­nidənqurma işləri ilə bağlı xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikin­ti sektoruna yönəldilməsi ilə bağlıdır. “Ortamüddətli perspektivdə struktur islahatlarının aparılmaması şəraitində artımın orta hesabla 2,5 faiz olacağı gözlənilir”, – deyə bankın hesabatında bildirilir.

Bank həmçinin, kənd təsərrüfa­tı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə isə 3 faiz proqnozlaşdırdı­ğını açıqlayıb. Yeri gəlmişkən, ötən il üzrə bu rəqəm 3,4 faiz təşkil edib.

Azərbaycanda sənaye üzrə artım cari ildə 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə isə 1,2 faiz müəyyən edilib. Bankın hesabatına əsasən, ölkəmizin xidmət sektoru üzrə artımın 2023-cü ildə 4,7 faiz, 2024-cü ildə 4,5 faiz, 2025-ci ildə isə 4,6 faiz gözlənilir.

“Xalq qəzeti”

İqtisadiyyat