Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar martın 17-də gün ərzində Bakı şəhəri Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Azərsu”dan AZƏRTAC-a bildirilib.
“Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda qeyd edilib.