3 milyon manatdan çox sığorta haqqı yığılıb

post-img

İcbari Sığorta Bürosundan verilən məlumata görə, keçən il 22 min 187 sığorta müqaviləsi rəsmiləşdirilib.  Həmin müqavilələr üzrə 3 milyon 18 min 594 manat sığorta haqqı yığılıb.


Məlumatda daha sonra deyilir ki, hesabat dövründə sığorta müqavilələrinin sayında 37 faiz, sığorta haqlarında isə 25 faiz artım olub. Həmçinin ötən il 291 yol-nəqliyyat hadisəsinə görə 910 min 421 manat sığorta ödənişi həyata keçirilib. 


“Xalq qəzeti” 

İqtisadiyyat