Qarabağa sərmayə qoyuluşu artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Qarabağ iqtisadi rayonunda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 1 milyard  821,6 milyon manata bərabər olub.


Bu göstərici 2021-ci illə müqayisədə 38,4 faiz və ya 505,7 milyon manat çoxdur. Xatırladaq ki, 2021-ci ildə Qarabağ iqtisadi rayonunda tikinti sektoruna qoyulan investisiyanın həcmi 1 milyard 315,8 milyon manat təşkil edib.
Ötən il adıçəkilən iqtisadi rayonda tikinti sektoruna yönəldilən investisiya nəticəsində 29 min 807 kvadratmetr sahə inşa olunub. Həmçinin 2022-ci ildə tikinti sektoru üzrə Şuşa şəhərinə 671,4 milyon manat, Füzuli rayonuna 542,7 milyon manat, Ağdam rayonuna 323,6 milyon manat, Xocavənd rayonuna 169,3 milyon manat, Tərtər rayonuna 51,3 milyon manat, Xocalı rayonuna isə 147,8 min manat vəsait yönəldilib.


“Xalq qəzeti”

İqtisadiyyat