Daşkəsəndə yeni arıçılıq layihəsi

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına kömək məqsədilə növbəti layihənin icrasına başlanılıb.

Yeni layihənin məqsədi kiçik sahib­karlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırıl­masına töhfə vermək, bununla yerli ic­maların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.

Layihənin icra müddətində “Azer­Gold” və KOBİA tərəfindən arıçılıqla məşğul olan fermerlərin nəzəri və praktiki təlimlərə cəlb edilməsi, arılara yaz qullu­ğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları barədə məşğələlə­rin təşkil edilməsi, iştirakçılara dövlətin sahibkarlığın inkişafı istiqamətində icra etdiyi təşkilati, hüquqi və iqtisadi tədbir­lər, sahibkarlıq subyektlərinə səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirilməsi nəzərdə tutulur. 

Təlim və seminarları uğurla yekunlaş­dıran fermerlərə sertifikatlar, eləcə də fər­di təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları və zəruri avadanlıqlar veriləcək. 

 

“Xalq qəzeti”

İqtisadiyyat