Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard avro investisiya qoyub.
Bu barədə İqtisadiyyat Nazirliyinin idarə rəisi vəzifəsini icra edən Könül Əliyeva “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, təkcə bu il Azərbaycanla Aİ arasında əmtəə dövriyyəsi nəzərdə tutulan iki milyard dolları ötüb.
Bildirilib ki, bugünədək Azərbaycan Aİ ilə birlikdə turizm, təhsil, standartlaşma, icbari sığorta sektorlarında, həmçinin təbii sərvətlərin mühafizəsi sahəsində tvinninq layihələr həyata keçirib. 1992-ci ildən etibarən Aİ TIENS texniki dəstəyi çərçivəsində ölkəmizə 652 milyon manat maliyyə ayırıb.
“Xalq qəzeti”