Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 faiz artacağını proqnozlaşdırıb.
Bu, EBRD-nin “Regional iqtisadi perspektivlər” hesabatında vurğulanıb. Sənəddə, həmçinin gələn il Azərbaycanda real iqtisadi artımın 2,7 faiz həddində gözlənildiyi də qeyd edilib.
Yeri gəlmişkən, EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun iqtisadiyyatının bu il 1,6 faiz, gələn il isə 3,2 faiz böyüyəcəyini proqnozlaşdırıb.
Bundan başqa, EBRD fəaliyyət göstərdiyi regionlarda iqtisadi artımla bağlı gözləntisini sentyabr ayındakı hesabatla müqayisədə 0,9 faiz bəndi azaldaraq 3 faizdən 2,1 faizə endirib. Kredit təşkilatı gələn il isə regionlarında iqtisadi artımın 3,3 faizə qədər yüksələcəyini bildirib.