Yük daşımaları 30 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 420,6 min ton, yük dövriyyəsi isə 12 648,9 milyon ton-km olub.


Məlumata görə, bu göstəricilər 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz çoxdur.
Ötən il yüklərin 27 966,8 min tonu və yaxud 54,4 faizi avtomobil nəqliyyatı, 16 841,2 min tonu və yaxud 32,7 faizi dəmir yolu nəqliyyatı, 6 612,6 min tonu və yaxud 12,9 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və yaxud 13 634,6 min tonunu tranzit yüklər təşkil edib.

İqtisadiyyat