Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

post-img

GSMA 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99%-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.

Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.

Həmçinin müəyyən edilib ki, qurum tərəfindən 2022-ci il üzrə Azərbaycanla bağlı göstəricilərin hesablanmasında yanlışlığa yol verilib, nəticədə həmin il üçün ölkəmizin indeks xalı 61,2 müəyyən edilib. 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi müraciəti əsasında hesablamalar yenidən aparılaraq yanlışlıq aradan qaldırılıb. Beləliklə, Azərbaycanın 2022-ci il üzrə nəticələri 66,63 xala yüksəldilib.

Eyni zamanda 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.

İKT