“WhatsApp” istifadəçilərinə söhbət siyahısına beşə qədər danışığı sabitləmək icazəsi verəcək. Bu barədə şirkətin portalında məlumat yayılıb.
Hazırda bütün “WhatsApp” messencer istifadəçiləri üçdən çox danışığı sabitləyə bilmir. Sabitlənmiş söhbətlərin sayının artırılması istifadəçilər tərəfindən müsbət qarşılana bilər. Çünki bu, vacib hesab etdiyimiz şəxslərlə daha tez əlaqə yaratmağa imkan verəcək.
Yenilik hələlik “Android”-də əlçatan olacaq. Növbəti mərhələlərdə digər versiyalarda da mümkün olacaq.
Rizvan FİKRƏTOĞLU
XQ