Silah və sursatlar aşkar olunaraq götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Martın 12-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 107 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.   

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər