Avropada smartfonlara tələbat azalıb

post-img

2023-cü ilin üçüncü rübü ərzində Avropada smartfon tədarükü illik müqayisədə 11 faiz azalıb. Bu barədə smartfon telefon bazarını şərh edən analitiki Harshit Rastogi deyib. Məlumatı XQ xarici KİV-ə istinadən verir.  

Qərbi Avropada azalma 8 faiz təşkil edib ki, bu da əvvəlki rübdəki 14 faizlik azalmanın qismən qarşısının alındığını göstərir. Bununla belə, Şərqi Avropa bazarında davam edən iqtisadi və geosiyasi problemlər səbəbindən smartfon tədarükü 15 faiz azalıb.

Belə ki, 2011-ci ildən etibarən smartfonların ən az satıldığı rüb 2023-cü ilin üçüncü rübü qeydə alınıb. Markalara gəlincə, ən çox satılan “Samsung”un tədarükləri illik müqayisədə 15 faiz azalıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İKT