Gündüz hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin məlumatına əsasən, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu ola­cağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi göz­lənilir. 

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış ya­ğacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gün­düz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 6-9°, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 , gündüz 55-65 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya