Havaların dəyişməsi soyuqdəymələri artırır. Yoluxmadan təbii yolla qorunmaq və sağalmaq olar. Mütəxəssislər bu qidalardan mütləq istifadə etməyi tövsiyə edirlər:
Sarımsaq virus və bakteriyalarla mübarizə aparır.
Balın orqanizmə ümumi gücləndirici təsiri var.
İtburnu immun sistemini möhkəmlədir, virus və mikrobəleyhinə təsir edir.
Balıq sinklə zəngindir. Sink isə immunitet üçün çox vacibdir.
Süd məhsulları (kefir, qatıq, yoqurt) bağırsaqların mikroflorasını yaxşılaşdırır.
Kökdəki A vitamini ilə orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti artır.
Bolqar bibəri də immun sistemini möhkəmləndirir.
Kələmin istənilən növləri (ağ kələm, gül kələmi, brokkoli və s.) immunitet üçün çox faydalıdır.
Su selikli qişaların nəmliyini saxlayır. Ətraf mühitdən orqanizmə düşən bakteriyaları, mikrobları məhv edir.
Z.HÜSEYNLİ
XQ