Batman yerinə, Amsterdama?

post-img

Türkiyə hava limanında qəribə hadisə baş verib. Ankaradan Batmana gedən sərnişinlər səhvən Amsterdama gedən təyyarəyə miniblər. Sərnişinlər arasında gedən dialoqdan məlum olub ki, onların bir qismi Batmana, digərləri isə Amsterdama uçmağa hazırlaşırlar. Bu da sərnişinlər arasında anlaşılmazlığa səbəb olub. 

Sərnişinlər hadisəni videolentə alaraq sosial media hesablarında paylaşıblar: “Hazırda Ankara–Amster­dam reysindəyik. Avtobusla təyyarə­nin qarşısına gəldik. Uşaq arabasını təhvil vermək istəyəndə sərnişinlər­dən biri “bu Batman təyyarəsi deyil?” deyə soruşdu. Biz də “qardaşım, nə Batman, bu Amsterdama gedir” de­dik. O da Amsterdama deyil, Batma­na getdiyini dedi. Hazırda hamımız çaşqınlıq içindəyik. Nə edəcəyimizi bilmirik”.

Tezliklə problem həll olunub. Belə ki, Batmana səyahət edən sərnişinlər təyyarədən endirilib, digər sərnişinlər isə Amsterdama yola salınıb.

Fidan SALMANOVA
XQ

Dünya