Çelenc kubokunda kişi voleybolçulardan ibarət “Xarı Bülbül” növbəti oyununu keçirib.
Şuşa təmsilçisi 1/16 finalın ilk matçında Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib. Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada qonaqlar 3:0 hesablı qələbə qazanıblar. Rəqib komanda ilə cavab oyunu noyabrın 29-da Yunanıstanda olacaq.
Qeyd edək ki, Çelenc kubokunun 1/32 finalında “Xarı Bülbül” Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).
Leyla SABİRQIZI
XQ