19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.
Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə rəqibə uduzaraq mübarizəni dayandırmalı olub. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinaya qalib gəlib - 3:0. Bu komandalar elit-raunda vəsiqə qazanıblar.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə məğlub olub.
Leyla SABİRQIZI
XQ