Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb.
Yığmanın Latviyanın Dauqavpils şəhərində Ukraynaya qarşı oyunu rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz bundan əvvəl Latviya kollektivinə də eyni hesabla məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda millimiz digər oyunlarını Gürcüstan, Litva, Estoniya və Polşa yığmalarına qarşı keçirəcək.
Yarış “Avro-2024”ə seçmə xarakteri daşıyır.
Leyla SABİRQIZI
XQ