Süni intellektə qlobal baxış

post-img

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın təşəbbüsü ilə süni intellekt təhlükəsizliyinə həsr edilmiş qlobal sammit bu ölkədəki “Bletçli park” adlı malikanədə keçiriləcək. 

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı almanların “Enigma” adlı məşhur şifrələmə cihazının sirri məhz bu malikanədə çalışmış mütəxəssislər tərəfindən çözülmüşdü. Tədbir noyabr ayında baş tutacaq. Sammitə müxtəlif dövlətlərin və aparıcı süni intellekt şirkətlərinin təmsilçiləri və mütəxəssisləri dəvət olunublar. 

Sammit çərçivəsində süni intellekt texnologiyası ilə bağlı risklərin beynəlxalq səviyyədə koordinasiya edilməsi müzakirə ediləcək. Baş nazir sammitin keçiriləcəyi ilə bağlı iyun ayında Vaşinqtona səfəri zamanı anons etmişdi. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

İKT