Aşıq Ələsgər heykəlləşir

post-img

Azərbaycan Rəssamlar İttifaqı nəzdində fəaliyyət göstərən İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib ki, görkəmli el sənətkarı Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi başa çatmaq üzrədir. Onun sözlərinə görə, yaxın 10 gün ərzində bu proses tam yekunlaşacaq. 

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir. Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur. 

“Xalq qəzeti”

Mədəniyyət