“Meta” sistemi redaktə edəcək

post-img

“Meta” şirkəti “Code Llama” adlı yeni süni intellekt sistemini təqdim edib. Sistem böyük dil modelinə əsaslanaraq mütəxəssislər tərəfindən yazılmış kod vasitəsilə mətnlərə səhvlərin aradan qaldırılması üçün nəzərdə tutulub. “Code Llama”  tədqiqat və kommersiya məqsədləri üçün pulsuz şəkildə təqdim edilir. 

Yeni yaradılan sistem istifadəçinin sorğuları əsasında proqram təminatlı kodları tərtib edə bilir. Bununla yanaşı, istifadəçi bu və ya digər sətirdə hansısa səhvi “qeyd etdiyi” zaman, sistem dərhal onu aradan qaldırır.

 “Meta” bildirib ki, “Code Llama” hazırda mövcud olan böyük dil modelləri ilə müqayisədə ən yaxşı nəticələri sərgiləyir. Sistem sınaq zamanı 53,7 faiz xal toplayıb və istifadəçinin sorğusu əsasında proqram təminatı kodunu dəqiq şəkildə tərtib edə bilib.

 Aytən NƏCƏFOVA,  “Xalq qəzeti”

İKT