Payızın öz səyahəti...

post-img

Payızın öz səyahəti... Artıq payızın gəlməsinə sanılı günlər qalıb.  Turistlərin azalması, aviabiletlerin ucuzlaşması payız səyahətinə yol açır.

Yayda turistlərin səyahət üçün seçdiyi ən populyar ölkələrdən biri Türkiyə oldu. Havanın mülayimliyi sayəsində bu ölkədə payız fəsli də çox gözəl keçir, elə ona görə payız səyahəti üçün Türkiyəni düşünməyə dəyər. Bu ölkə sentyabrda hətta oktyabrın əvvəlində də çimərlik mövsümü üçün idealdır. 

Səyahət sentyabrın axırlarına planlaşdırılıbsa, Misirə səyahət  etmək olar, çünki burada  sentyabr ayı  çox isti olur. Bu ölkə qışda küləkli, yayda həddindən artıq isti olsa da, payız aylarında xoş iqlimli olur. Bu da dəniz kənarında dincəlməyə, şəhərin  möcüzələrinə tamaşa etməyə imkan yaradır. 

Payızın isti ilə başladığı, zəngin tarixi, möhtəşəm memarlıq abidələri olan Birləşmiş Ərəb Əmirliklərinə ( BƏƏ) səyahət  turistlərin xoş təəssüratlarla  qayıda biləcəyi tətil  ola bilər.

Daha uzun uçuş arzulanırsa, Tayland, Şri-Lanka, Maldiv və ya Seyşel adalarını seçmək olar. Bu ölkələr payızda  rahat iqlimi və mənzərəli təbiəti olan gözəl yerlərdir. 

Zülfiyyə ZİYA, “Xalq qəzeti”

Sosial həyat