Azərbaycanda keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas cədvəli açıqlanıb.
Bakı Şəhər Halqasından XQ-yə bildirilib ki, gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev beş raundlu yüngül çəki dərəcəsində meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Turnirin ikinci əsas döyüşündə isə orta çəki üzrə Şarabutdin Maqomedov braziliyalı Michel Pereira ilə qarşılaşacaq.
İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsinə bilet satışının tezliklə başlayacağı bildirilib.


