Ali Tsokayev: “Nəticə istədiyim kimi oldu”

post-img

Albaniyada keçirilən sərbəst güləş üzrə  Avropa çempionatında qızıl medal qazanan Ali Tsokayev (92 kq) təəssüratlarını XQ-yə bölüşüb:

“Bu, böyüklərin Avropa çempionatında debütüm idi. Keçən ay U23 Avropa çempionatında qalib olmuşdum. Üstümdə əməyi olan məşqçi heyətinə, məni dəstəkləkləyənlərə öz minnətdarlığımı bildirirəm. Final görüşü istədiyim kimi başlamadı. Görüş bir az gərgin keçdi və bir qədər təzyiq var idi. Amma şükür, nəticə istədiyim kimi oldu. Gələn il inşallah 97 kiloqramda çıxış etməyi planlaşdırıram.”

Qabil YUSİFOĞLU
XQ

 

İdman