Azərbaycan parabadmintonçusu İspaniya turnirində iki kateqoriyada mübarizə aparacaq

post-img

Martın 16-dan 22-dək İspaniyanın Vitoriya-Qayteys şəhərində Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq.

XQ xəbər verir ki, turnirdə ölkəmizi İbrahim Əliyev fərdi və qoşa yarışda təmsil edəcək. Gənc idmançımızı yarışa baş məşqçi Teymur Abbasov çıxaracaq.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya oyunlarına lisenziya xalları qazandırır.

İdman