Ötən bazar günü Misli Premyer Liqasında XXI turun son 2 oyunu keçirildi. Günün ilk görüşündə “Şamaxı” “İmişli”ni qəbul etdi. Görüşdə tərəflərin səyinə baxmayaraq, hesab açılmadı – 0:0.
Turun son qarşılaşmasında “Sabah” “Kəpəz”i qəbul edib.
“Bank Respublika Arena”da baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 88-ci dəqiqədə Kahim Parris gəncəlilərin qapısından keçirib.
Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (hər ikisi 2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” qarşılaşması qolsuz başa çatıb. Turun “Neftçi” – “Qarabağ” oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Qabil YUSİFOĞLU
XQ

