Dünən Misli Premyer Liqasında XXI tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. Əvvəlcə “Zirə” səfərdə “Turan Tovuz”un qonağı olub.
“Azərsun Arena” keçirilən oyunda birinci hissənin 9-cu dəqiqəsində tovuzlulardan Filip Ozobiç, 19-cu dəqiqədə isə Jorge Silva qonaqların qapısına yol tapıb. Görüş bu hesabla da başa çatıb. Bu qələbə sayəsində xallarını 37-yə çatdıran tovuzlular üçüncü yerə yüksəlib. 35 xalı olan “Zirə” isə 4-cü pillədə qərarlaşıb.
Günün ikinci matçı Sumqayıtda baş tutub. Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan “Sumqayıt” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Turun digər oyunları fevralın 21 və 22-də keçiriləcək. Bu gün Yevlax şəhər stadionunda meydan sahibləri “Araz-Naxçıvan”ı, bazar günü isə Quba OİK stadionunda “İmişli” “Şamaxı”nı, “Sabah” isə Bank Respublika Arenada “Kəpəz”i qəbul edəcək. Şənbə günü Palms Sports Arenada keçirilməsi nəzərdə tutulan “Neftçi”–“Qarabağ” oyunu Azərbaycanı Çempionlar Liqasında təmsil edən ağdamlıların rəsmi müraciəti və Bakı təmsilçisinin razılığı ilə təxirə salınıb.
Qabil YUSİFOĞLU
XQ

