AKAF niyə ASİF oldu

post-img

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) fəaliyyət istiqamətlərini genişləndirir. Bununla bağlı federasiyanın Ümumi Yığıncağında müvafiq qərar qəbul olunub.

AKAF-dan verilən məlumata görə, bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir. 

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

Qabil YUSİFOĞLU
XQ

 



İdman