Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb. Tunisin paytaxtında keçirilən “WTT Youth Star Contender Tunis 2026” yarışında bacarığını göstərən istedadlı idmançı U 15 yaş dərəcəsində baş mükafata layiq görülüb. Seçmə komandanın üzvü turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütun oyunları qələbə ilə başa vuraraq 1-ci yeri tutub.
Stolüstü tennisçimiz şəxsi mübarizədə də etimadı doğruldub. Finaladək bütün rəqiblərini üstələyən Onur yalnız finalda ispaniyalı Ladimir Mayorova uduzaraq ikinci yeri tutub. Beləliklə, tennisçimiz ilin ilk sınağını iki mükafatla başa vurub.
Qabil YUSİFOĞLU
XQ

