Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb

post-img

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

Qabil YUSİFOĞLU
XQ

 

İdman