Güləş Federasiyası AHİTA ilə memorandum imzalayıb

post-img

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.

Memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.

AGF güləşin inkişafı üçün digər idman qurumlarıyla da sıx əməkdaşlığı davam etdirəcək.

Qabil YUSİFOĞLU
XQ



İdman