Qadınlardan və kişilərdən ibarət milli komandaların üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
Seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilib.
Cüdo Federasiyasından verilən məlumata görə, tədbir zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah edilib, müxtəlif epizodlar üzrə hakim qərarlarının verilmə meyarları ətraflı müzakirə olunub. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha dəqiq mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha effektiv qurulmasına dəstək göstərmək olub.
Qabil YUSİFOĞLU
XQ

