UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları başa çatıb. İkinci oyun günündə daha 9 qarşılaşma keçirilib.
Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə ölkəmizin yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu bu mərhələdə Niderlandın “Ayaks” komandasına 2:4 hesabı ilə məğlub olub. İspaniya nəhəngi “Real” (Madrid) doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” klubu ilə üz-üzə gəlib. Qonaqlar daha yaxşı oyun nümayiş etdirərək 2:1 hesabı ilə qalib gəliblər. Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
“Vilyarreal” (İspaniya) – “Kopenhagen” (Danimarka) 2:3, “Atletik” (İspaniya) – PSJ (Fransa) 0:0, “Bayer 04” (Almaniya) – “Nyukasl” (İngiltərə) 2:2, “Benfika”, (Portuqaliya) – “Napoli” (İtaliya) 2:0, “Brügge” (Belçika) – “Arsenal” (İngiltərə) 0:3, “Borussiya” (Dortmund, Almaniya) – “Budyo Qlimt” (Norveç) 2:2, “Yuventus” (İtaliya) – “Pafos” (Kipr) 2:0.
Liqa mərhələsinin növbəti oyunları yanvarın 20-21 və 22-də keçiriləcək. “Qarabağ” bu turda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunu qəbul edəcək. Təmsilçimiz Liqa mərhələsinin son turunda yanvarın 29-da İngitərədə “Liverpul”un qonağı olacaq.
Qabil YUSİFOĞLU
XQ

