İlahə Qədimova ən yüksək kateqoriyalı hakimlər siyahısında

post-img

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026–2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

FIDE-nin açıqladığı ən yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb. Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Ən yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da yer alıb. Ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısında ölkəmizdən İlahə Qədimovanın adı qeyd olunub.

Qabil YUSİFOĞLU
XQ

İdman