Bu günlərdə şair-yazıçı Rafiq Ələkbərin “İnsan alveri” və “Qəsdən ölüm” romanlarının yer aldığı yeni kitabı işıq üzü görüb. “Tərcümə və nəşriyyat poliqrafiya mərkəzi”ndə nəşr olunan kitabda ixtisasca hüquqşünas olan yazıçının şəxsi yaşantı və gerçək həyat materiallarına istinad edərək qələmə aldığı 2 detektiv romanı yer alıb.
Filologiya elmləri doktoru, professor Telman Cəfərovun ön söz yazdığı kitabdakı hər iki roman bədii mahiyyətinə görə tipik Azərbaycan elementlərini özündə əks etdirən milli aspektdə detektiv romanlardır. Hadisələrin mərkəzində hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizədə peşəkarlığı və fədakarlığı dayanır.
Əsərlərinin ən səciyyəvi xüsusiyyətlərindən biri burada hər hansı bir fantaziyaya, müəllif təxəyyülündən irəli gələn uydurmalara yer verilməməsi, detektiv hadisələrə fəlsəfi çalarlar qatılmasıdır. Romanlardakı personajlar və obrazlar macərapərəst və uydurma sərgüzəştlərdən uzaqdır, real həyat həqiqətləri üzərində qurulan süjetlər oxucuya həyat fəlsəfəsinin dərin qatlarını anladır...
R.İLQAR
XQ