Azərbaycan Bilyard Federasiyasından (ABF) XQ-yə verilən məlumata görə, ölkəmizdə ilk dəfə olaraq “Snuker” billyard idman növü üzrə Respublika Çempionatı bu gündən start götürərək sentyabrın 8-dək davam edəcək. Qeyd edək ki, bu mühüm idman hadisəsi ölkəmizdə billyard idmanının inkişafında yeni bir səhifə açır və beynəlxalq standartlara cavab verən turnir formatında təşkil olunur.
Çempionatın keçirilməsi Azərbaycan idmanının müxtəlif sahələrindəki nailiyyətlərini daha da gücləndirəcək, gənclərimizə yeni imkanlar yaradacaq və ölkəmizi beynəlxalq snuker ailəsinə yaxınlaşdıracaq.
Nurəngiz Adilqızı
XQ