Dünya badmintonçuları Parisdə

post-img

Azərbaycan Dünya Badminton Federasiya­sının (BWF) Fransanın paytaxtı Parisdə keçi­rilən Şura iclasında təmsil olunub. 

Azərbaycan Badminton Federasiyasından verilən məlu­mata görə, badmintonun qlobal inkişafı üzrə əsas idarəetmə və strateji məsələlərin müzakirə olunduğu toplantıda dünya­nın müxtəlif yerlərindən BWF Şura üzvləri bir araya gəlib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Ta­leh Ziyadov Avropanı təmsil edən BWF Şura üzvü statusun­da iclasa qatılıb.

Qeyd edək ki, şura iclası badmintonun ən nüfuzlu təd­birlərindən biri olan dünya çempionatının keçirildiyi vaxta təsadüf edib. Mundialda Azərbaycan beynəlxalq reytinqdə 78-ci yerdə olan təmsilçimiz Edi Resky Dviçayo birinci turda dünya reytinqində 19-cu yerdə olan yaponiyalı Koki Vatanabeyə qalib gəlib.

Qabil YUSİFOĞLU
XQ

İdman