Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

post-img

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

XQ xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev yarımfinal görüşünə çıxıb.

66 kiloqram çəkidə mübarizə aparan idmançı gürcüstanlı rəqibi Tornike Qiqauriyə ipponla qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.

İdman