İkiqat Avropa çempionu, Dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının iştirakçısı, parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını bitirərək məşqçiliyə başlayıb. Bu barədə mətbuata Milli Paralimpiya Komitəsnin mətbuat xidmətindən məlumat verilib.
33 yaşlı sabiq paralimpiyaçı hazırda milli komandanın baş məşqçisi Fərid Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün İstanbuldadır.
M.HACIXANLI
XQ