Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadada 2-ci qızıl medalı qazanıb

post-img

Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında ikinci qızıl medalını qazanıb.

XQ xəbər verir ki, bədii gimnastika üzrə qrup komandası növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət kollektiv beş lentlə hərəkətlərdə 22.850 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Ukrayna gümüş, Cənubi Koreya isə bürünc medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 2-ci medalıdır. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ötən gün çoxnövçülükdə birinci yeri tutmuşdu.





İdman