İspaniyanın “Real” klubunun müdafiəçisi Federiko Valverde ötən mövsüm meydanda ən çox vaxt keçirən futbolçu olub. 6 min dəqiqədən çox meydanda olan futbolçu rekorda imza atıb.
26 yaşlı müdafiəçi “Real”ın, Uruqvay yığmasının heyətində 72 matçda oynayıb və 6 min 116 dəqiqə meydanda olub. Siyahıda “Mançester Yunayted”in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş (5 min 796 dəqiqə) 2-ci, “Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyan (5 min 624 dəqiqə) 3-cü pillədə qərarlaşıb.
M.HACIXANLI
XQ