Məlum olduğu kimi, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
Dünənə olan məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1840 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.
Beləliklə, Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib.
M.HACIXANLI
XQ