20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunan turnirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının məktəblilərindən ibarət komandalar mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən yarışda birinciliyi Xaçmaz komandası qazanıb. Quba şahmatçıları 2-ci, Şabran məktəbliləri isə 3-cü olublar.
Mükafatlandırma mərasimində Azərbaycan Şahmat Federasiyasının Qadın və sosial komissiyasının sədri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək, ölkəmizdə şahmata, eləcə də digər idman növlərinə göstərilən dövlət qayğısından danışıblar, qalibləri təbrik ediblər. Sonra qaliblərə diplom, medal və kuboklar təqdim olunub.
XQ