İslam Oyunlarına hazırlıq

post-img

Dünən Gənclər və İdman Nazirliyində VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.

Qurumdan mətbuata verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov hazırlıq prosesində federasiyalarla sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə əvvəlcə iştirakçılara yarış haqqında ümumi məlumat təqdim olunub. Sonra yarış cədvəli, idman növləri, oyunların keçiriləcəyi məkanlar, açılış və bağlanış mərasimləri barədə məlumat verilib, digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

M.HACIXANLI
XQ

İdman