Fərid Qayıbov: "Gənclər Paytaxtı" Sumqayıt şəhərində il ərzində müxtəlif tədbirlər keçirməyə davam edəcəyik

post-img

"Gənclər Paytaxtı" Sumqayıt şəhərində il ərzində müxtəlif tədbirlər keçirməyə davam edəcəyik. Bunlardan biri bu gün baş tutdu. Bu, "Şahin" hərbi-idman oyunları idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı” olan Sumqayıt şəhərində Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyunlarının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu yarışların 1996-cı ildən keçirildiyini xatırladıb: "Hər bir regionun qalibləri bu gün final mərhələsində yarışdılar. Ümumilikdə yarışda bu il 22 min məktəbli mübarizə apardı. Burada bir çox dövlət qurumları da iştirak edirdi. Prezident İlham Əliyevin vətənpərvərlik istiqamətində verdiyi tapşırıqları nəticəsində il ərzində müxtəlif yarışlar təşkil edirik".

Qeyd edək ki, yarışın qalibi "Sumqayıt" komandası olub. Sabunçu 2-ci, Xaçmaz isə 3-cü olub.

İdman